Naxçıvan Şərq hamamı — Naxçıvan şəhərində yerləşən, XVIII əsrə aid memarlıq abidəsi.
Naxçıvan Şərq hamamı Naxçıvan şəhərindəki Azadlıq prospektində, "Təbriz" mehmanxanasının qarşısında yerləşir. Vaxtilə Naxçıvan şəhərinin içərisindən axan Bazar çayının yaxınlığında inşa edilmişdir. Şərq hamamları üslubunda tikilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə (su çəni) və ocaqxanadan ibarətdir. Hamam kəhriz suları vasitəsilə işləmiş və uzun müddət ondan təsərrüfat işləri məqsədilə istifadə olunmuşdur.
Hazırda əsaslı təmir və bərpa edilmişdir. Tarixi-memarlıq abidəsi kimi dövlət tərəfındən qorunur.