About

Hörmətli müştərilərimiz məhsullarımız 100% təmiz ve keyfiyyətli məhsullardır.
Sifarişin həcmində asılı olaraq çatdırılma xidməti mövcuddur. Təşəkkürlər

Tags : #HealthBeauty, #FoodBeverage, #Health/beauty, #Food&Beverage

Location :
miki, Astara
Contacts :

Description

Təbii bal 2 cür olur: çiçək balı və gəzəngi bal.
Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Bunlardan cökə, yonca, qaratikan, akasiya , günəbaxan, zeytun və s. çiçəklərdən götürülən bal yüksək keyfiyyətli, şabalıd, Dəfnə və s. bitkilərin balı isə aşağı keyfiyyətli hesab olunur.
Gəzəngi balı arılar təbiətdə quraqlıq vaxtı gəlir olmadıqda bəzi bitkilərin yarpaq və gövdələrinin, yaxud bitkilər üzərində olan həşəratın ifraz etdiyi şirin şirələrdən toplayırlar. Bu bal başqa bala nisbətən güclü bakteriosid (mikrob öldürən) təsirə malik olmaqla insan üçün qorxusuzdur. Dadına görə aşağı keyfiyyətlidir.
Bal əsasən mənşəyinə görə iki böyük qrupa bölünür. Bu qruplara monoflor (bir növ çiçəkdən: məs. cökə,akasiya və s.) və poliflor (müxtəlif çiçəklərdən: məsələn çəmənlik çiçəklərindən toplanmış) bal daxildir.
Balın növləri:
Cökə balı: Bu balı arılar cökə ağacının çiçəklərindən toplayırlar. Öz ətrinə və yaxşı dadına görə yüksək qiymətləndirilir. Cökə balı şəffaf yaxud açıq sarı rəngdə olur.
Akasiya balı: Akasiya balı olduqca şəffaf,ətirli və dadlı olur. Gec xarlanan və yüksək keyfiyyətli bal sayılır.
Günəbaxan balı: Rəngi tünd sarı,dadı xoşagələndir. Bu bal tez xarlanır.
Pambıq balı: Rəngi şəffaf olmaqla bərabər özünə məxsus tamı və ətri var. Tez xarlanır və xarladıqca rəngi ağarır,iri dənəcikli çöküntü verir.
Şabalıd balı: Arılar bu balı yeməli şabalıddan və atşabalıdının çiçəklərindən toplayır. Atşabalıdı çiçəklərindən toplanan bal rəngsiz - sulu,yeməli şabalıd çiçəyindən toplanan bal isə tutqun rəngli - çox duru və acı olduğuna görə ondan yalnız şirniyyət sənayəsində istifadə edilir.
Keyfləndirici,yaxud zəhərli bal: Bu balı arılar dağlarda xüsusi bitkilərdən toplayırlar. Belə balı yedikdə insana keyfləndirici təsir göstərir. Bəzən temperatur qalxır,ürək bulanması,təngnəfəslik və baş gicəllənməsi müşahidə olunur. Belə balı bir il saxladıqdan sonra onun zəhərliliyi itir və yemək üçün yararlı olur.
Gəzəngi bal: Təbiətdə gəlir olmadıqda arılar bəzi bitkilərin yarpaq və gövdələrinin,yaxud bitkilər üzərində olan, həşəratın ifraz etdiyi şirin şirələri toplayırlar ki,buna da gəzəngi bal deyilir. Gəzəngi bal başqa ballara nisbətən güclü bakterisid təsirə malik olmaqla insan üçün qorxusuzdur. Dadına görə aşağı keyfiyyətlidir. Gəzəngi balı arılar üçün zərərli olduğuna görə o,arıların qış yemi üçün yaramır.
Balın rənginin,ətrinin və dadının müxtəlifliyi onun hansı növ və hansı rəngdə çiçəklərdən toplanması ilə əlaqədardır. Balın rəngi tam şəffafdan tutmuş sarı,qonur,tutqun bənövşəyi və s. müxtəlif çalarlı olu