About

Bütün neftçalalıları və neftçalasevərləri səhifəmizə dəvət edirik.Biz sizin üçün çalışırıq və ümid edirik ki,gördüyümüz işlər sizin üçün maraqlıdır.

Tags : #Photographer

Location :
Azerbaijan, 4700 Neftçala

Description

Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnir. Rayon 390531, 390331 şimal enlikləri ilə 480361, 490271 şərq uzunluqlar arasında yerləşir. Rayon şimaldan Şirvan Dövlət Qoruğu ilə cənubdan Qızılağac Dövlət Qoruğu həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur.
Rayon ərazisinin səthi düzənlikdir. Cənub-şərqi Şirvan və Salyan düzü,qismən Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisi dəniz səviyyəsindən aşağıda olduğu üçün Xəzər dənizinin səviyəəsinin qalxması və azalması rayona birbaşa təsir göstərir. Rayon ərazisində yerləşən Kürkosa adası bəzən su səviyyəsi aşağı düşəndə yarımadaya çevrilir. Rayon ərazisində quruda bir neçə palçıq vulkanları vardır. Xəzər dənizində isə Neftçala rayonu sahilinə yaxın Kür daşı adası var. Bu ada palçıq vulkanları nəticəsində formalaşmışdır.
Palçıq vulkanlarının təsnifatındakı Bakı arxipelaqı vilayəti Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada və ya sualtı saylardan ibarətdir. Neftçala sahillərində də bir çox sualtı saylar mövcuddur. Bunlar Borisov, Kalmıçkov, Karagedov, Kornilov–Pavlov, Kür, Poqorelaya Plita rifi, Qolovaçev sualtı saylardan ibarətdir. Xəzər dənizində su səviyyəsi aşağı olduğu vaxtlar bu saylar adaya çevrilir.
Babazənən və Durovdağ yüksəkliyi arasında Salyan rayonuyla olan sərhəddə duzlu göl olan Duzdağ gölü var.
Neftçala rayonu şimalda Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə əhatə olunmuşdur.
Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda təqribən 3 °S, iyulda 25-36°S-dir. İllik düşən yağıntının miqdarı 300 mm-dir. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır.

Təbiəti


Bala Kür
Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür.Bala Kür kanalı, Muğan-Salyan kollektoru rayonun ərazisindən keçir. Boz-çəmən, karbonatlı allüvial-çəmən və çəmən bataqlıq torpaqları var. Şoranlıqlara rast gəlinir. Bitki örtüyü səhra və yarımsəhra tiplidir. Tuqay meşələri var. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Buradaceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür Təcrübə Zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır. Zəngin floravə faunaya malik olan Qızılağac qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir. Rayonun ərazisində çöldonuzu, Kiçik Asiya qum siçanı, qırmızıquyruq qum siçanı, dovdaq, bəzgək, su ilanı, tısbağa,gürzə, çaqqal, canavar, ceyran, çöl pişiyi, dovşan, porsuq, tülkü və s. heyvanlara rast gəlinir. Nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri rayon ərazisində bitir.Şirvan Milli Parkının 1325 hektar sahəsi rayon ərazisində yerləşir. Kür çayının delta ərazisində su-bataqlıq quşlarının və digər qeyritərzli fauna növlərinin yaşayış arialı mövcuddur. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə Kür çayının suyunun dənizin suyundan ideal düz xətt boyunca ayrılması kimi qeyri-adi mənzərə müşahidə olunur. Rayon ərazisi hesab olunan Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.
Əhali

Rayon əhalisinin sayı 80390 nəfər, əhalinin orta sıxlığı isə 1 km²-də 55 nəfərdir. Əhalinin 47,8 %-i şəhərdə, 52,2 %-i kəndlərdə yaşayır. Rayon əhalisinin 48,8 faizi kişi, 51,2 faizi qadınlardır
İqtisadiyyat
Neftçala rayonu Aran iqtisadi rayonuna daxil olan 18 rayondan biridir. Neftçala neft, qaz və balıqçılıqla tanınır. Lakin rayonun iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, yemçilik və heyvandarlıq təşkil edir. 1996-ci ilə qədər rayonda 16 kolxoz fəalyyət göstərmişdir. Kolxozların torpaq fondu 94320 ha təşkil edirdi. Bunun 6764 hektarı dövlət fondunda saxlanılmış, 46560 hektarı yerli bələdiyyələrə, 1418 hektarı özəl təsərrüfatlara verılmışdır. 39578 hektar torpaq isə kənd əhalisinin mülkiyyyətindədir. Hazırda rayonda 8134 fermer təsərrüfatı fəaliyyət göstərir. 2000-2009-cu illər arasında kənd təsərrüfatı bitkilərinin əkin sahəsi üzrə azalma müşahidə olunsa da, bir çox əsas bitkiçilik məhsullarının istehsalında artım müşahidə olunmuşdur.
2009-cu ilin göstəricilərinə görə rayonda sənaye sahəsində 23 müəssisə fəaliyyət göstərir. Sənaye məhsulunun həcmində qeyri- dövlət sektorunun xüsusi çəkisi 87.8 faizi təşkil edir. Sənaye sahəsində əsasən mədənçıxarma, xam pambığın emalı, tikinti üçün kərpic istehsalı,qazın təchizatı və bölüşdürülməsi, qeyri məhsullarının istehsalı başlıca yer tutur. Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı,yod-brom zavodu, konserv və balıqyetişdirmə zavodları və başqa müəssisələr fəaliyyət göstərir. 2006-cı ilin göstəricilərinə görə rayonda 17 sanəye müəssisəsi fəaliyyət göstərir. Rayonda texniki yod istehsal edən "Azər-Yod" MMC, xam pambığın istehsalı üzrə fəaliyyət göstərən "Leqno-Neftçala" MMC, kərpic istehsal edən "Xəzər" MMC, balıq ovu ilə məşğul olan "Neftçala Balıq" ASC, sərnişin və yük daşıma fəaliyyəti ilə "Neftçala-Avtonəqliyyat" ASC, quş və yumurta istehsal edən "Qaraqaşlı-broyler" ASC, əmtəəlik balıq istehsalı ilə məşğul olan "Oriyat-balıq" ASC fəaliyyət göstərir. Rayonun ərazisində neftlə yanaşı, qaz, yod, brom, müalicəvi əhəmiyyətli yodlu-bromlu sular, xörək duzukimi faydalı qazıntılar mövcuddur.

Rate & Write Reviews