About

Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi keçmişdə Şirvanda yaşamış qaraqaşlı tayfasına mənsubdur.

Tags : #City, #PublicGovernmentService, #GovernmentOrganization, #Public&GovernmentService

Location :
Sal'yany

Description

>>>Salyan haqqında qısa məlumat<<<

Bakıdan rayonun mərkəzinədək məsafə (km): -126 km
İnzibati mərkəz :Salyan şəhəri (əhalisi 36438)
Rayonun sahəsi : 1799 km2
Rayonun əhalisi : 121646
Nə ilə getmək olar ?
Avtonəqliyyatla (1 saat 30 dəq.)
Bakı – Salyan avtobusları (2 saat);
Qatarla - Bakı – Astara (6 saat)
-------------------------------------
Gerbdə olan ölçü rəmzlərinin göstəriciləri
Ətrafında olan göy xətt – Salyan rayonunun 4 tərəfdən Kür çayı ilə əhatə olunmasına işarədir.
Sünbül – Taxılçılığın inkişafı
Pambıq – Pambıqçılığın inkişaf etməsinə göstəricidir.
Cayran – Salyan rayonunda Şirvan Milli qoruğunda qorunan ceyranlara işarədir.
Neft buruğu - Salyanda neft yataqlarının olmasına işarədir.
-----------------------------------
Rayonun coğrafi vəziyyəti və relyefi
Ərazisi əsasən Kür Araz ovalığının Salyan və cənub şərqi Şirvan düzündədi.Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır . Tirə və təpəliklər Babazanlı , Xıdırlı , Bəndovan və s .var. Ərazinin çox hissəsi okean səviyyəsindən 28 metrə qədər aşağıda yerləşir. Neogen və Antropogen çöküntüləri yayılmışdır . Qalmas, Xıdırlı, Babazanlı və s. palçıq vulkanları var. Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir. Boz-qonur , boz –çəmən , çəmən–bataqlıq , şoran torpaqlar yayılmışdır.
---------------------------------
İqlim
Yayı çox quraq keçən mülayim–isti iqlimi var. Orta temperatur qişda 8,5 °C , yayda isə 33,5 °C -dir. İllik yağıntı 250–400 mm.İlin ən soyuq günləri yanvarın axırlarında -1 °C, ən isti günləri isə sentyabırın əvvəlinə 42°C təsadüf edir.Salyanda qədimdən sentyabırın isti günlərinə "qora bişirən", " ceyranı kölgəyə qaçıran", "pambıq istisi" və bu kimi başqa adlar qoyulmuşdur.
---------------------------------------------
Təbiəti
Bitki örtüyü yarım səhra və səhra tiplidir.Ceyran,Qırmızıquyruq qumsiçanı, Kiçik Asiya qumsiçanı,gürzə,Kürən vağ,Qaşqaldaq,Kiçik qarabatdaq,Qaraboyun maygülü, Böyük ağ vağ, Harayçı qu quşu, Fısıldayan qu quşu, Ala ördək,Yaşılbaş ördək,Göydilli, Anqut, Fitçi cürə, Bizquyruq, Dalğıc, Marek, Ağ-quyruq dəniz qartalı, Qamışlıq belibağlısı, Ağquyruq çökük burun,Cüllüt,Qaratirinqa, Çəmən və iri qamışçıl, Arıquşu, Adi sar, İnperator qartalı, Bülbül, Çöl sarı,Tarla və Çöl bağlısı, Adi muymul,Çöl muymulu,Bildirçin, Cek, Bəzgək, Kəklik, Dovdaq, Durna, Torağayı, Sığırçın, Leylək, Qurqur, Suriya ağacdələni,Qaratoyuq və s.Şirvan milli parkı, Kürsəngi və Kürovdağ dağlarında mağaralar,Kür-sahili Tuqay meşələri, Kür və Aqquşa çayları,dünyanın ən şor bulağı Şır-şır, Babaznlı dağındakı müalicə əhəmiyyətli İstisu .
-------------------------------------
Qısa tarixi
Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var.1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K.Sadovski Salyan sözünün fars dilindəki "sal"-il, yaxud "salyane"- yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars,ərəb rus lüğəti"nin müəllifi Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi, "Lüğəti Naci "nin müəllifi Naci də K.Sadoski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri"(salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır.Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Elmi tədqiqatlara əsasən demək olar ki, sal tayfası bir zamanlar Volqaboyu sahillərdə yaşamışdır.Həmin ərazidəki düzənliklərdən biri "Sal düzənliyi" adlanır.Bundan əlavə Rusiyanın Rastov vilayətindən axan Don çayının qollarından biri Sal çayı adlanır .Kalmıkiya və Rastov vilayətindəki Verxni Sal və Salsk şəhərləridə bu tayfanın adından yaranmışdır. Bir fakta əsasən Bizans tarixçisi Menandr 558-ci il hadisələrindən bəhs edərək sal adlı hun tayfasının avar adlı tayfa birləşməsi ilə Cənubi Rusiya çöllərində müharibələr apardığını yazır. Sonradan salların müəyyən hissəsi Azərbaycana gəlib məskunlaşmışdır. Dilçi alim K.Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir.O, sözünün sübutu üçün belə bayatını misal çəkir:
Əzizinəm sal yana
Dara zülfün sal yana.
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.
Salyandan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu.A.Bakıxanov göstərir ki,1295-1304-cü illərdə Sultan Məhəmməd Qazan xan Arqun oğlu tərəfindən 1295-ci ildə Kür çayının mənsəbində iki qolu arasında Mahmudabad şəhəri salınmışdır.1863-cü il kameral siyahıya alınanda aydın olur ki, Salyan şəhərində 1292 ev, 10634 nəfər sakin olmuşdur.Çar Rusiyası zamanında 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılanda Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi oldu . 1881-ci ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur. XX əsrin əvvəllərində Mirxalıq Abdullayev burada illik istehsal gücü 3-4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi tikdirmişdir . Bununla yanaşı Salyanda istilik elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana fəaliyyət göstərmişdir. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə, yeraltı hamam və xəstəxana fəaliyyət göstərmişdir. Bütün cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1864-ci ildə Salyanda metroloji stansiya yaradılmışdır.
Ölkə əhəmiyyətli arxeoloji abidələri
Birinci Babazanlı yaşayış yeri e.ə.birinci minillikdə
Marışlı yaşayış yeri XI-XV əsrlər
Marışlı nekropolu e.ə II minillik
Kürsəngi küp qəbirləri nekropolu e.ə II–e. III əsrlər,
Küsəngi küp qəbirləri nekropolu e.ə II –e. III əsrlər
Mahmuabad yaşayış yeri I-III əsrlərMahmudabad küp qəbirləri nekropolu I-II əsrlər
Noxudlu yaşayış yeri e.ə II minillik
Yerli əhəmiyyətli arxeoloji abidələr
Salyan yaşayış yeri orta əsrlər ,II Babazanlı yaşayış yeri orta əsrlər , Qırxçıraq yaşayış yeri orta əsrlər , Yuxarı Xalac yaşayış yeri orta əsrlər, Əndovan yaşayış yeri orta əsrlər, Xurşud yaşayış yeri orta əsrlər, Xurşud nekropolu orta əsrlər ,Arbatan yaşayış yeri orta əsrlər , Şorsulu nekropolu orta əsrlər ,Bəydili yaşayış yeri orta əsrlər , Qarabağlı yaşayış yeri orta əsrlər .
-------------------------------------
Mədəniyyəti
Salyan rayonu xalq sənətində xalçaçılıq, papaqçılıq, daş üzərində oyma, zərgərlik, ağac üzərində oyma, dəmirçilikliklə məşhurdur.
-------------------------------------

Rate & Write Reviews