About

Göygöl Təhsil Mərkəzi
Oxumağa çağırır hər kəsi!

Tags : #CollegeUniversity, #College&University

Location :
Göygöl şəhəri, M.Ə.Sabir küçəsi, 1 a, AZ Khanlar, Xanlar
Contacts :

Description

Balçılı Təhsil Mərkəzi TQDK-nın qəbul proqramı əsasında bütün ixtisas qrupları üzrə və ayrı-ayrı fənlər üzrə yüksək ixtisaslı müəllimlər tərəfindən dərslərin keçirilməsini təşkil edir. Dərslər hər bir fənn üzrə həftədə 3 gün, hər gün 90-120 dəqiqə ərzində vahid cədvəl üzrə keçiriləcək. Şagirdlərin bölgüsü ixtisas qrupları üzrə aparılacaq. Eyni ixtisas qrupu üzrə şagirdlərin sayı 6-8 nəfərdən ibarət olacaq. Daha səmərəli nəticələr əldə etmək üçün təcrübəli, peşəkar pedaqoq və psixoloqların köməyindən istifadə edəcəyik. Mərkəzimizdə hər bir şagirdimizin dərslərə hazırlaşmağına kurs rəhbəri tərəfindən xüsusi nəzarət, hər bir şagirdimizə fərdi yanaşma tətbiq olunacaqdır. Şagirdlərimizin gündəlik dərslərə daha da həvəslə və məsuliyyətlə hazırlaşmaları üçün gündəlik qiymətləndirmə, öyrədilən biliklərin yoxlanılması, eyni zamanda, şagirdlərimizdə testlə işləmə vərdişlərinin artırılması məqsədi ilə TQDK-nın proqramı əsasında tərtib olunmuş testlərlə hər gün dərsi qiymətləndirmə testləri, hər həftə quiz yoxlamaları, hər ay mövzu sınağı, mütəmadi olaraq ümumi sınaq imtahanları təhsil mərkəzimiz tərəfindən pulsuz keçiriləcəkdir.
Bunlardan əlavə mərkəzimizdə ən yaxşı oxuyan, fəallığına görə seçilən abituriyentlərimizi xüsusi güzəştlər və təqaüdlərlə sevindirəcəyik. Zəifliyi olan abituriyenlərimizi isə dərs saatlarından əlavə olaraq hər həftənin bazar günü əlavə məşğələlərə çağırmaqla onların zəifliyini aradan qaldıracaq, yaxşı oxumaqlarını təmin edəcəyik.

Müvəffəqiyyətə gedən yol düzgün seçimdən başlayır. Düzgün seçim isə övladlarımızı uğura, parlaq gələcəyə aparır! Sizi düzgün seçim etməyə çağırırıq!
Siz bizim mərkəzimizi seçməklə avtobus və marşrutlardakı vaxt itkisinə, ayrı-ayrı müəllimlərin evləri arasındakı yollarda yaranan yol yorğunluğuna, ayrı-ayrı müəllim və repetitorlar arasında olan pərakəndə fəaliyyətə birdəfəlik son qoymuş olacaqsınız. Və ən əsası Siz bizim mərkəzimizi seçməklə ən nüfuzlu ali məktəblərdə oxumaq şansını seçmiş olacaqsınız!

Rate & Write Reviews