Uncategorized

EMC Marketing & Consulting

Baku

About

"Marketinq fəaliyyətlərinin idarəedilməsində çevik, səmərəli və müasir taktikalar təqdim edən iş ortağı olmaq” həyata keçirmək istədiyimiz hədəfimizdir.

Tags : #ConsultingAgency

Location :
Baku
Contacts :

Description

Doğru marketinq fəaliyyəti, sektorundakı uğurlu şirkətləri müvəffəqiyyətsiz rəqiblərindən ayıran ən əhəmiyyətli faktorlardan biridir. Bunun səbəbi, təqdim edilən bir xidmətin və ya bir məhsulun, doğru marketinqi və reklamı edilmədən, hədəf müştəri kütləsinə sürətli bir şəkildə çatmasının qeyri-mümkün olmasıdır. Şirkət bazardakı ən yüksək keyfiyyətli xidmət və ya məhsulları təqdim etsə belə, əgər təcrübəli bir marketinq strategiyası yoxdursa, bu xidmət və məhsullardan kafi satış həcmi tutması çətinləşə və bu da şirkətin boş yerə vaxt və pul itkisi yaşamasına səbəb ola bilər.
EMC, güclü idarəetmə və məsləhət qrupu ilə, inkişaf etmiş və ya inkişaf etməkdə olan şirkətlərə marketinq strategiyalarını `out-source` etmə şansı təqdim edir. Məhsul və xidmətləriniz mövzusunda mütəxəssis olsanız da, marketinq mövzusunda təcrübəli bir şirkətdən məsləhət almaq, həm vaxtınızı məhsul və xidmətlərinizin inkişafına ayırmanıza şərait yaradacaq, həm də Professional bir marketinq strategiyanız olacağından rəqiblərinizin bir addım irəlisinə keçmənizi təmin edəcək.
Bunun xaricində, xüsusilə, az büdcəli, kiçik və orta böyüklükdəki müəssisələr, bütün marketinq fəaliyyətlərini uyğun qiymətlər qarşılığında EMC-ə təhvil verib, marketinq və ya reklam müdiri / məsulu mövqesində çalışacaq işçilərə ehtiyaclarını aradan qaldıra və bu səbəbdən də aylıq xərclərində önəmli bir azalma əldə edəcəklər. Məsləhətçilik xərcləri yüksək olar deyə düşünürsünüzsə, verdiyimiz xidməti və tələb edilən ödənişləri gördüyünüzdə, bir satış işçinin aldığı aylıq ödənişlər qədər olmasına heyran qalcaqsınız.
EMC olaraq marketinqə yanaşmamız, müştərilərimizin müştəriləri ilə davamlı bir əlaqə inkişaf etdirmələrini təmin edəcək marketinq strategiyalarını inkişaf etdirmək və buna əsaslanaraq da müştərilərinizin satış həcmlərini və gəlirlərini artırmaqdır. Marketinq məsləhətçiniz olaraq şirkətin ehtiyaclarına bağlı bütün marketinq xidmətlərini sizə təklif edə bilər, aşağıda göstərilmiş sahələrdə sizə kömək edə bilərik:
• Koorperativ şəxsiyyətinizin yaradılması və şirkətin marka dəyərinin inkişaf etdirilməsi.
• Şirkətinizin marketinq şəxsiyyətini və strategiyasını təyin edib bütün marketinq işlərinizdə tətbiqin təmin edilməsi
• İllik və ya təyin edəcəyiniz dövrlərə xüsusi marketinq planlamanızın yaradılması və marketinq fəaliyyət planının müəyyənləşdirilməsi
• Müştərinin yeni bir məhsula qarşı necə davranmalı ya da göstəriləcək marketinq fəaliyyətlərinə qarşı davranış formasının müəyyənləşdirilməsi
• Satışa işıq tuta biləcək praktik bir satış təliminin şəkilləndirilməsi
• Satış kadrlarının araşdırılması və kafi olmayan işçilərin müəyyənləşdirilməsi
• Satış kəşfiyyatı şüuru yaradılması, toplanması və satış heyətlərinə bu məlumatların ötürülməsi
• Satış təşkilatında, satın alma qərarlarını verən müştəri və ya potensial müştəri şirkətlərindəi qərar vermə səlahiyyəti olan şəxslərin tanınması, tanıdılması və təsir edilməsi
• Satılacaq məhsul və ya xidmət əsasında hədəfə istiqamətli müştəri və bazar araşdırmasının edilməsi
•Satılacaq hər bir məhsul və ya xidmət üçün marketinq planının yaradılması
• Məhsul və ya xidmət marketinqi müddətində istifadə ediləcək reklam büdcəsinin və metodlarının (məsələn, qəzet, jurnal, radio, tv, billboard, led tv, broşura paylaması, vs) müəyyənləşdidirlməsi
• İnkişaf etməkdə olan internet və rəqəmsal marketinq strategiyasının müəyyənləşdirilərək tətbiq olunması
• Marketinq prosesində reklam vermə, reklam təqib etmə və ictimaiyyətlə əlaqələr xidmətlərinin yerinə yetirilməsi
• Sorğular vasitəsilə marketinq fəaliyyətinə nəzarət edilməsi və nəticələrə görə reklam fəaliyyətində inkişaf yönümlüı işlərin edilməsi
Ümumiyyətlə təşkilati və / və ya strateji məsləhətçilik xidmətlərimizlə birlikdə verdiyimiz marketinq məsləhətçiliyi xidmətimizin təməl prinsipi `marketinqdə əkilənin satış prossesində biçiləcəyi` şüarı ilə yekunlaşdırıla bilər. Şirrkətinizin ümumi marketinq strategiyasını təyin etmək və təqdimatını etmək istədiyiniz xidmət və ya məhsulunuzun lansmanını reallaşdırıb uzun müddətlili marketinq işlərini planlaşdırmaq üçün EMC ilə görüşüb, asanlıqla ehtiyaclarınızla əlaqədar fikir mübadiləsi edə bilərsiniz.

Rate & Write Reviews