Uncategorized

Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu

Tags

  • Government Organization
  • Monument

Description

Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyev 2005-ci ildə oktyabrın 12-də Ağstafa rayonunun Gürcüstanla sərhəddində yerləşən Dövlət sərhəd məntəqələrinin açılışında iştirak edən zaman buradakı maddi mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi, qorunması və təbliğ edilməsi məqsədilə 19 dekabr 2007-ci il tarixli 2563 saylı sərəncamı ilə Ağstafa rayonu ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksinin bir hissəsini ”Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu elan etmişdir. Bölgənin strateji cəhətdən ən hündür yüksəkliyi Ali baş komandanın şərəfinə “İlham Əliyev zirvə”si adlandırılmışdır. ”Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində ulu əcdadlarımızdan bizə miras qalmış 70-ə qədər yaşı iki min ilə gedib çıxan təbii və sünii mağaralar, ilkin orta əsrlərdə Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən inşa edilmiş bir qala, orta əsrlərə aid iki Alban məbədi, tarixi atəşpərəstlik dövrünə gedib çıxan yerli əhali arasında suyu şəfa verici bulaq kimi istifadə olunan bir inanc yeri var. “Keşikçidağ” mağaralar kompleksindən 3 km cənubda yaşı son tunc-erkən dəmir dövrü, e.ə. II minilliyin əvvəllərinə aid 100-ə yaxın kurqan aşkarlanmışdır.
Ulu əcdadlarımız olan yerli əhali bütpərəstlər- aya, günəşə tapınanlar dini baxışlarını hifz etmək, hücumlardan qorunmaq üçün bu dağlara çəkilib həyat sürmüşlər, daha sonra atəşpərəstlər dini etiqadlarını davam etdirməkdən ötrü tərki-dünya olub, qayalarda çapıb düzəltdikləri mağara-sığınacaqlarda yaşamışlar. Bu yerlərin təbii şəraiti asketik həyat tərzi üçün yararlı olduğundan eramızın ilk əsrlərində yaxın Şərqdən Qafqaz Albaniyasına gəlmiş rahiblər bu mağaralarda məskunlaşmışlar. Vaxtı ilə Alban kahinlərinin sitayiş yeri olan bu mağara məbəd komplekslərindəki freskalar sonralar “İncil”dən götürülmüş müxtəlif mövzular əsasında xristian dininin təbliği məqsədilə yaradılmışdır. Mağara-məbədlərdə akvarellə işlənmiş freskalar XIX əsrə aiddir.
”Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisi Gürcüstanla sərhəd boyunca 25 kilometrədək uzanır. Mağaralar kompleksi ucsuz bucaqsız Ceyrançöldə Qatardağ silsiləsindən Candar gölündən 15 km şimal-şərq istiqamətində, dəniz səviyyəsindən 750-950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfdəki sıldırım qayalıqları əhatə edir. Qoruq Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük-Kəsik kəndindən 28 km şimal-şərq istiqamətində yerləşir.
Qeyd etmək lazımdır ki, tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılmış, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olmuşdur. Həmin abidələrdən biri olan ”Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğundakı maddi-mədəniyyət nümunələri fiziki təsirlərə məruz qalmasına baxmayaraq, öz tarixi simalarını indiyədək qoruyub saxlaya bilmişlər. Həmin mədəniyyəti bizlərə miras qoyub getmiş istər atəşpərəstlər, istərsə də xaçpərəstlər mahiyyət etibarı ilə eyni məqsədə-mənəvi-əxlaqi kamilliyə can atmış, tanrıçılıq fəlsəfəsini təbliğ edərək, onun carçısı olmuşlar. Mağara-məbədlərin həm müqəddəs yer kimi ziyarət edilməsi, həm də oraya turistlərin cəlbi dini azadlığın, tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanıdılmasında əhəmiyytli olar.

Location

Rate & Write Reviews